RU

İtaliya hərbçiləri Azərbaycana səfər edib

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, İtaliya Respublikasının hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertləri ölkəmizə səfər edib.

Herbiand.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində İtaliya nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası barədə brifinq təqdim olunub. Eyni zamanda Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi, eləcə də sonrakı əməliyyatlarda informasiya təminatı və dezinformasiya ilə mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.

İtaliyalı hərbi ekspertlər tərəfindən hərbi-mülki əməkdaşlığa dair brifinqlər təqdim edildikdən sonra bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.



Избранный
27
26
herbiand.az

10Источники