RU

Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi təsdiq edildi

Image

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.

Bu Fərmanda göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərməlidir.

Qeyd edək ki, bu ilin iyunun 29-da Belçika Krallığının Brüssel şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders imzalayıblar.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üçün təsis edilən Azərbaycan Gömrük Əməkdaşlıq Fondu bu istiqamətdə həyata keçiriləcək layihələrə dəstək məqsədilə yaradılıb və Orta Dəhliz ölkələri ilə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.





Избранный
32
29
baki-xeber.com

10Источники