RU

Çin şirkətləri xaricdə 198,79 milyard dollarlıq sazişlər əldə edib

Bu ilin yanvar-noyabr aylarında Çinin xaricə ümumi qeyri-maliyyə birbaşa investisiyaları (ODI) illik müqayisədə 11,2 faiz artaraq 128,63 milyard dollara çatıb.

Musavat.com ölkənin Ticarət Nazirliyinin hesabatına istinadən xəbər verir ki, “Bir Kəmər Bir Yol” təşəbbüsü boyunca yerləşən ölkələrə investisiyaların həcmi 5,1 faiz artaraq 30,17 milyard dollara çatıb.

On bir ay ərzində Çin şirkətləri xaricdə 198,79 milyard dollar dəyərində yeni müqavilələr imzalayıb ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur. O cümlədən “Bir Kəmər Bir Yol” təşəbbüsü ölkələrində bu rəqəm 11,8 faiz artaraq 167,95 milyard dollara çatıb.

Musavat.com

Избранный
33
musavat.com

1Источники