RU

İrəvan Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək istəyir

 Ermənistan Azərbaycana 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda və iki ölkənin sərhədində hərbi əməliyyatlardan sonra dayandırılan dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə açıqlamasında deyib.

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsini necə bərpa etmək barədə həll yolu tapdıq, bu həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olardı. Biz bu qərarla bağlı Azərbaycana yazılı təklif göndərmişik və onun müsbət reaksiyasını gözləyirik. Bu reaksiya gələndə tez bir zamanda müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazım gələcək” - o, deyib.

Избранный
13
1
ucnoqta.az

2Источники