AFFA 2 ildir işsiz olan Mahmud Qurbanovu futbol sektoruna qaytarmağa hazırlaşır.
Bu haqda federasiyadan məlumat verilib.
Redaksiyamıza bildirilib ki, «Professor»un qurumda işlə təmin edilməsi planlaşdırılır.
AFFA rəhbərliyi millinin sabiq «7 nömrə»sini Elit-Məşq layihəsinin başına gətirmək niyyətindədir. Burada son söz Qurbanovundur: əgər o, təklifi geri çevirməsə, müqavilə imzalanacaq.
Elit-Məşq Layihəsinin icraçı rəhbəri postu hazırda postdur.
Yunis Hüseynov noyabrın əvvəlində federasiyadakı vəzifəsini «Turan Tovuz»a dəyişib. O, Premyer Liqa klubunda Kurban Berdiyevin köməkçisi işləməyə razılaşıb.
Mahmud Qurbanovun çalışdığı son yer «Səbail» olub. 2022-ci ilin iyununda «dənizçilər»in sükanı arxasına keçib, dekabrda ayrılıb.
SPORTİNFO.AZ