İtaliya A seriyasında noyabr ayının ən yaxşı futbolçusu ilə məşqçisi müəyyənləşib. İki nominasiyanın qalibləri fərqli klubun üzvləri olublar.
Qurumun mətbuat xidmətinin məlumatına görə, ayın ən yaxşı futbolçusu adına Moyze Ken layiq görülüb. “Fiorentina”nın 24 yaşlı hücumçusu səsvermədə Ademola Lukman (Atalanta), Kefren Turam (Yuventus), Alessandro Buoncorno (Napoli), Federiko Dimarko (İnter) və Mattia Zakkanyini (Latsio) qabaqlayıb. Xatırladaq ki, Ken noyabrda A seriyasında 3 matça çıxıb və 5 qol vurub. O, “Fiorentina”da bu ilin yayından oynayır.
A seriyasında noyabr ayının ən yaxşı baş məşqçisi adına “Atalanta”nı çalışdıran Can Pyero Qasperini layiq görülüb. Onun komandası ötən ay “Napoli” (3:0), “Udineze” (2:1) və “Parma”ya (3:1) qalib gəlib. Qeyd edək ki, seçimdə dekabrın 2-də keçirilən “Roma” ilə oyunun (2:0) nəticəsi də nəzərə alınıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта