RU

Onlar Ermənistan-Azərbaycan sərhədindən çıxarılacaq – Paşinyan

“Sərhəd demarkasiya edildikdən sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq”.

Referans.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycanla sülh müqaviləsi üzrə müzakirələrdə konstruktiv iştiraka davam edirik. Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib və hələ də onlara cavab verilməyib. Biz Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı müddəanın uzadılmasını təklif edirik və bu məntiqlidir. Çünki demarkasiyaya görə bu hissələrdə eskalasiya riski minimuma endirilməsə də, əhəmiyyətli dərəcədə azalıb. Beləliklə, sərhədin tam demarkasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq”, – Paşinyan vurğulayıb./Globalinfo.az
Избранный
12
1
referans.az

2Источники