RU

“COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabat hazırlanıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabat hazırlanıb.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal aldı. Kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsi səbəbindən parlamentin sədri Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmalara başladı.

Araşdırmaların nəticəsi olaraq, oktyabrın 21-də “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, hibrid təhdidlər və kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirildi və məsələ ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qısa müddət sonra isə həmin müzakirənin yekunları və açıq mənbələrdən əldə edilən məlumatların təhlili əsasında 2024-cü ilin noyabrında Azərbaycan və ingilis dillərində “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı xüsusi hesabat hazırlandı.

Burada Azərbaycana qarşı istifadə olunan hibrid təhdidlərin dezinformasiya, habelə hüquq və müharibə terminlərinin kombinasiyasından yaranmış “Lawfare” növləri barədə söz açılır, onların haradan və kimlər vasitəsilə təşkil olunduğu sübuta yetirilir. Həmçinin bəzi ölkələrin bu hibrid hücumları təşkil edərkən beynəlxalq hüququn norma və prinsiplərindən yayınmaq məqsədilə istifadə etdikləri mexanizmlər göstərilir.

Qeyd olunur ki, hesabatda hibrid hücum alətləri kimi istifadə olunan parlamentlər və müəyyən dövlətlərin maliyyə və siyasi dəstəyi əsasında konkret sifarişlər yerinə yetirən bir sıra beynəlxalq insan hüquqları təşkilatları barədə də söz açılır.

Eyni zamanda, onların maliyyələşmə mexanizmləri və idarəçiliyindəki şəxslərin tərəfsiz olmadıqları, müəyyən qrupları, habelə Ermənistanın və dünya erməniliyinin maraqlarını təmsil etdikləri müəyyən edilir. Bununla yanaşı, bir sıra parlamentarilərin, iri media qurumlarının qeyd edilən “insan hüquqları” təşkilatları və erməni lobbisi ilə koordinasiya edilmiş fəaliyyətinə nəzər salınır, kampaniyaların aparılma forması ilə bağlı nümunələr göstərilir.

Hesabatda ölkəmizə qarşı ənənəvi düşmənçilik edən və anti-COP29 kampaniyasında fəal iştirak edən erməni lobbi təşkilatlarının, zəngin diaspor ermənilərinin və Ermənistan Respublikası rəsmilərinin fəaliyyətlərinə də geniş yer ayrılır.

Yekunda son aylarda COP29-a qarşı istifadə olunan sosial media kampaniyaları, həştəqlər təhlil edilir və ümumilikdə dünya mediasının tədbirə marağı ilə bağlı statistik rəqəmlər təqdim olunur.

Beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından, qeyd olunan xüsusi hesabatın dost və tərəfdaş ölkələrin parlamentlərinə göndərilməsi də nəzərdə tutulur.

DOĞRU.AZ

Избранный
45
33
dogru.az

10Источники