RU

Gürcüstan DİN rəhbəri Londonun "qara siyahı"sına düşüb

Böyük Britaniya sanksiya siyahısına Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini, onun müavini Aleksandr Daraxvelidzeni və Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvilini də daxil edib.

Sfera.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“Qara siyahı”ya Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinat Departamentinin rəisi, Gürcüstan xüsusi təyinatlılarına rəhbərlik edən Zviad Xarazişvili, həmçinin onun müavini Milleri Laqazauri də daxil edilib.

Sanksiyaların əsaslandırılmasında bildirilib ki, Gürcüstanın hüquq-mühafizə orqanlarının rəhbərliyi “insan hüquqlarının pozulmasına ekvivalent hərəkətlərə görə məsuliyyət daşıyır”.

İnci

Избранный
20
1
sfera.az

7Источники