Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli şəxslərinin 6-cı toplantısı keçirilib.
Newscenter.az Türk Dövlətləri Təşkilatının (TDT) saytına istinadən verdiyi xəbərə görə, Özbəkistan Prezidenti Administrasiyasının İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin (AOKA) ev sahibliyi etdiyi toplantıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyədən yüksək səviyyəli media rəhbərləri və TDT Katibliyinin layihə direktoru Yerjan Mustafin iştirak edib.
Açılışda çıxış edən AOKA-nın prezidenti Əsəd Hocayev bu görüşün üzv ölkələr arasında media və informasiya sahəsində əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
TDT-nin qısa müddətdə Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi beynəlxalq təşkilatlar arasında layiq olduğu yeri tutduğunu və hərtərəfli beynəlxalq təşkilata çevrildiyini bildirən Hocayev təşkilatın birlik, həmrəylik və inkişafı təmin edən ünsür olmağı bacardığını vurğulayıb.
İclasda TDT-yə üzv ölkələr arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, təcrübə hazırlığının və digər birgə tədbirlərin təşkili, o cümlədən saxta xəbərlərə və dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, informasiya texnologiyaları sahəsində əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin, televiziya proqramları və digər müvafiq sənədli filmlərin yayımı sahəsində əməkdaşlıq, ictimai qurumların mətbuat nümayəndələrinin peşə keyfiyyətlərinin artırılması üçün müxtəlif təhsil proqramlarının təşkili kimi mövzularda fikir mübadiləsi aparıldı
İştirakçılar iclasda TDT-yə üzv ölkələr arasında “2025-ci il İnformasiya Məkanı Fəaliyyət Planı”nı müzakirə edərək qəbul ediblər, həmçinin iclasın yekunlarına dair Daşkənd Bəyannaməsini imzalayıblar.
Süleyman