RU

Kamçatkada “An-2” təyyarəsi qəzaya uğrayıb

“SHOT” telekanalı xəbər verir ki, Kamçatkada “An-2” təyyarəsi radarlardan itib.

Telekanalın məlumatına görə, təyyarə Milkovo-Ossora marşrutu üzrə uçub. Uçuş zamanı qəza sensoru işə salınıb, daha sonra əlaqə kəsilib. İlkin məlumatlara görə, təyyarədə üç nəfərdən ibarət ekipaj olub. Axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Ən son məlumatlara görə, Kamçatkada itkin düşən “An-2” təyyarəsinin göyərtəsində iki ekipaj üzvü və bir sərnişin olub. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb. Departamentdən əlavə ediblər ki, təyyarədə 800 kiloqram yük – ərzaq və ehtiyat hissələri olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına qəza siqnalı daxil olub və xilasetmə əməliyyatına başlanılıb. İşə İstintaq Komitəsi və prokurorluq cəlb edilib.

//Samir Qurbanov, Editor.az

Избранный
23
editor.az

1Источники