RU

Almaniya 20 milyard avroya yeni silahlar alacaq

Almaniya Müdafiə Nazirliyi ordu üçün 20 milyard avro dəyərində irimiqyaslı yeni texnikanın alınmasına razılıq verib. Vəsaitlərin “Taurus” raketlərinin modernləşdirilməsinə, sualtı qayıqların, Aegis sistemlərinin və Patriot raketlərinin alınmasına yönəldilməsi planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

– Modernləşdirilmiş Taurus qanadlı raketləri. Artıq istismarda olan raketlər təmir olunacaq. 

– 212A modelindən əhəmiyyətli dərəcədə böyük olan dörd yeni 212CD sualtı qayığı, həmçinin təxminən 5 milyard avro dəyərində olan dörd yeni 212CD sualtı qayığı.

– Hazırlanma mərhələsində olan F127 freqatları üçün Aegis döyüş sistemləri – hava hücumundan müdafiəyə töhfə.

– Beş Euro-Puls raket-artilleriya sistemi. Onların Almaniya-İsrail istehsalı olan analoqunun artıq bir neçə ildir ki, İsraillə xidmətdə olduğu qeyd edilir.

– Patriot sistemləri və ESSM yer-hava raketləri üçün 128 PAC-3 MSE raketi.

Избранный
25
nocomment.az

1Источники