Mançester ştatının Oldham şəhərindəki Royton qəbiristanlığında yüzlərlə körpə və uşağın birlikdə basdırıldığı məzar tapılıb.
News24.az sonxeber.az-a istinadən xəbər verir ki, bu məzarda 300-ə yaxın körpənin qalıqları aşkarlanıb.
Araşdırma zamanı bəzi mənbələrdən bildirilib ki, 1980-ci illərin ortalarına qədər ölü doğulmuş və ya doğuşdan qısa müddət sonra ölən körpələrin ailələri ilə dəfn mərasimləri ilə bağlı məsləhətləşmələr aparılmırdı:
"O vaxta qədər valideynlər çox vaxt prosesdə iştirak etmirdilər və bir çoxlarına körpələrinin başına nə gəldiyini demirdilər"
Məzarı ilk dəfə biri ölü doğulmuş, digəri isə 1962-ci ildə doğulandan 5 saat sonra ölən bacı-qardaşlarını axtaran qadın aşkar edib.
Şura üzvləri Maggie Hurley və Jade Hughes-un açıqlamasına görə, tapılan qalıqlardan 146-sı ölü doğulmuş körpələrə, 128-i isə körpə və azyaşlı uşaqlara aiddir.
Şura üzvləri: "Valideynlərin körpələrini dəfn etmək əsas hüququndan məhrum edilməsi böyük ədalətsizlikdir", - deyə bildiriblər.
Səlahiyyətlilər məzarı tapan qadının bu travmanın öhdəsindən gəlmək üçün psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib.