RU

AKTA sədri: Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən "Milli Kibertəhlükəsizlik İndeksi"nin yaradılması və ölkədə kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi" layihəsinin icrası gedişində 17 təşkilat arasında 20 kibertəhlükəsizlik meyarı əsasında qiymətləndirmə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov qurumun 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində çıxışında deyib.

E.Balacanov bildirib ki, layihə çərçivəsində müvafiq kibertəhlükəsizlik meyarları "Təşkilati və idarəetmə ölçüləri", "Texniki ölçülər", "Təhsil və Təkmilləşmə ölçüləri" və "Əməkdaşlıq ölçüləri" adlı 4 başlıqda müəyyən edilib. Həmçinin, layihənin tədqiqat qrupu tərəfindən elmi araşdırmaya dair hesabat sənədi və ölçü hesabatı hazırlanıb.

AKTA tərəfindən icra edilən "Kiber yay məktəbi" layihəsi "OİC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024" qalibi seçildiyini diqqətə çatdıran Elvin Balacanov deyib ki, qurum, həmçinin bir sıra qrant layihələrinin qalibi olub.

 

Избранный
21
2
azertag.az

3Источники