RU

Nani “daha bəsdi” dedi

Daha bir məçhur futbolçu meydanı tərk edib. Luiş Nani peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

Portuqaliya yığmasının sabiq oyunçusu qərarı “Eştrela”nın formasında verib. Portuqaliya klubuna bu yay qoşulan 38 yaşlı yarımmüdafiəçi məlumatı özünün sosial şəbəkə hesabı vasitəsilə yayıb.

“Sportinq”in yetirməsi olan Nani “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venetsiya”, “Melburn Viktori” və “Adana Dəmirspor”un da formasını geyib. Portuqaliya yığması ilə 2016-cı ildə Avropa çempionu olan Nani 11 il (2006-17) daşıdığı milli formada 112 oyun keçirib və 24 qol vurub.

Onun bu mövsüm “Eştrela”ilə Portuqaliya çempionatında meydana çıxdığı 9 oyunda qapıya bir dəfə yol tapdığını da bildirək.

Избранный
40
football-plus.az

1Источники