Xəbər verdiyimiz kimi, Tovuz rayonu, Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbdə tüstülənmə nəticəsində 71 nəfərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, məktəbin şagirdi Rəbiyə Əhmədova hadisənin təfərrüatları barədə danışıb.
Bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:
“Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinfimizdə tüstü yox idi. 3 sinifdə tüstü çıxdıqdan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi”.
Ətraflı “Baku TV”nin süjetində: