RU

Suriyadan qaçan Əsədin əsgərləri geri qaytarılır

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İraqa qaçan hərbçilər geri göndərilir. Metbuat.az xəbər verir ki, bu barədə İraqın Təhlükəsizlik qurumunun sözçüsü Mikdad Miri açıqlama verib. O bildirib ki, İraqa qaçan Əsəd rejiminin əsgərlərinin Suriyaya ekstradisiyasına başlanılıb. Sözçü ekstradisiya prosedurlarının İraqdakı müvafiq qurumlar tərəfindən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, proses Suriya tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Qeyd edək ki, rejim əleyhinə olan üsyançıların hücuma keçməsindən sonra Bəşər Əsədə sadiq hərbçilər geri çəkilmişdi. Bəzi əsgərlər isə mövqelərindən qaçmışdı.

Suriya rejiminin 2 minə yaxın əsgəri Əl-Qaim sərhəd qapısı vasitəsilə İraqa qaçıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr rejimin keçmiş nümayəndələrinə təzyiq edilməyəcəyini açıqlamışdı.

Избранный
15
metbuat.az

1Источники