RU

Azərbaycan və Romanın Milli İncəsənət muzeylərinin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimliİtaliyaya səfəri çərçivəsində Romadakı XXI Əsrin Milli İncəsənətMuzeyində olub, mədəniyyət ocağının bədii rəhbəri Françesko Stokkiilə görüşüb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, F.Stokki naziri salamlayıb, muzeyi ziyarət etdiyi üçüntəşəkkürünü bildirib.

O, muzeyin tarixi və ekspozisiyası haqqında məlumat verib.Bildirib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayişetdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraqgöstərir.

A.Kərimli Azərbaycanın aparıcı muzey və sərgi zalları haqqındaməlumat verib. Bildirilib ki, Azərbaycanın muzeyləri Avropanın birsıra muzeyləri ilə əməkdaşlıq edir. Eyni zamanda çağdaş Avroparəssamlarının Bakıda sərgiləri təşkil olunur.

Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənətMuzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanışolub.

Qeyd edək ki, Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyinin vəBakıdakı Heydər Əliyev Mərkəzi layihəsi məşhur memar Zaha Hadidtərəfindən hazırlanıb.

Избранный
14
9
az.trend.az

10Источники