RU

Hemoqlobin üçün ideal dieta budur

Anemiya dünyada ən geniş yayılmış patologiyadır və aşağı hemoqlobin bir çox orqan və sistemlərin işini pozur.

Turkustan.az xəbər verir ki, professor, hematoloq Nikolay Stuklov hemoqlobin azlığının hansı fəsadlara səbəb olmasından danışıb.

“Uzun müddət hemoqlobin azlığı zəiflik, halsızlıq, baş hərlənməsi, tənəffüsdə çətinlik və ürəkdöyünmə, eləcə də tez yorulma və dərinin ağarması simptomları verir. Hipoksiya olduğu üçün ürək, beyin kifayət qədər oksigen almır.

Lazımi miqdarda hemoqlobin hasil etmək üçün orqanizmə zülal, dəmir və fol turşusu lazımdır.

Ən yaxşı zülal mənbəyi heyvani qidalardır.

Çünki zülalın strukturunu təşkil edən aminturşuları heyvan ətindədir.

Optimal zülal və dəmir mənbəyi ət və ət məhsullarıdırı. Onlarda olan ikivalentli dəmir orqnanizm tərəfindən daha yaxşı sovrulur.

Bitki, tərəvəzlərdən isə nar, alma, qarabaşaq və s.

Ətə gəldikdə, çiy ət nə qədər tünd qırmızıdırsa, onda dəmir bir o qədər çoxdur. Balıqda dəmir yoxdur.

Eləcə də yeməkdən sonra çay, qəhvə, süd məhsulları içmək olmaz, çünki bu dəmiri məhv edir.

Fol turşusu isə sitruslarda, göyərti, kahıda, paxlalılarda var. Lakin o, qidalar bişirildikdə tam dağılır.

Fol turşusu almaq üçün bunları çiy halda qəbul etmək lazımdır. Qanazlığı olanlar üçün ideal yemək: qarabaşaq, göyərti və yanında qırmızı ət bişməsi, steyk, kababdır.

Dəmirin sovrulması üçünsə içki kimi limonlu su içmək yetərlidir”./medicina.az/

Избранный
11
5
turkustan.az

6Источники