RU

Paytaxtın sosial-iqtisadi həyatı ötən 11 ayda

Sənayenin inkişafı haqqında

2024-cü ilin yanvar-noyabr aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  48,4 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 76,0 faizi mədənçıxarma, 20,8  faizi emal, 2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 83,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  93,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,0 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 dekabr  2024-cü il vəziyyətinə 392,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 47,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2024-cü ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 faizini əsaslı təmir, 3,2 faizini cari təmir, 3,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2024-cü ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi  2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,0 faiz artaraq 31599,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17936,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13662,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2024-cü ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,2 faiz artaraq 1613,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 820,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 50,9 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2024-cü ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 6940,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 6643,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil etmişdir.

Əməkhaqqı

2024-cü ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,1 faiz artaraq 1251,6 manat təşkil etmişdir.     

Bakı Şəhər Statistika İdarəsi

Избранный
26
ikisahil.az

1Источники