RU

Sürücülərə VACİB XƏBƏR

Ölkəmizdə elektromobillərə tələbat artıb.

Sürücülərə qənaət etməyə imkan verən bu cür avtomobillərin sayı artdıqca, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə müxtəlif addımlar da atılır.

Belə ki, artıq istənilən yerdən sadəcə internet resursları vasitəsilə ənənəvi avtomobillər kimi elektromobilləri də sığortalamaq mümkündür.

İcbari Sığorta Bürosunun mətbuat katibi Aytən Əliyeva bildirib ki, sürücülər öz seçdikləri sığorta şirkətinə getmədən və heç bir kağız daşıyıcıdan istifadə etmədən onlayn qaydada öz elektromobillərini sığortalaya bilərlər. Bunun üçün sürücülər seçdikləri sığorta şirkətinin veb səhifəsinə daxil olaraq prosesi həyata keçirməlidirlər.

Ətraflı ATV "Xəbər"in süjetində:

Sürücülərə VACİB XƏBƏR

Избранный
46
14
hakimiyyet.az

10Источники