RU

Əhməd Qurbanov HƏBS EDİLDİ - VİDEO

General Kirillovun qətlində şübhəli bilinən şəxs haqqında 2 aylıq həbs qətimkan tədbiri seçildi. 

Musavat.com xəbər verir ki, General Kirillovun və onun adyutantının qətlində təqsirləndirilən şəxs Moskvanın Basmannı məhkəməsi tərəfindən həbs edilib. Məlumata görə, Özbəkistandan olan Axmadjon Kurbonov (Əhməd Qurbanov) adlı şəxs 2025-ci il fevralın 17-dək həbsdə qalacaq. 

Kurbonov hazırda dəmir barmaqlıqlar arxasında məhkəmənin başlamasını gözləyir. Məhkəmənin mətbuat xidməti onun şəxsiyyətini və ittihamları təsdiqləyib. Qeyd olunub ki, Kurbonov general Kirillovun və onun adyutantının qətlində birbaşa iştirak etməkdə şübhəli bilinir.

Məhkəmə işində təqsirləndirilən şəxsin bu ağır cinayətlə bağlı hansı motivləri olduğu və hansı sübutlarla məsuliyyətə cəlb edildiyi hələ açıqlanmayıb. Lakin istintaqın ilkin nəticələrinə əsasən, qətlin əvvəlcədən planlaşdırıldığı ehtimal edilir.

Hadisə ilə bağlı istintaq davam edir, məhkəmənin gedişatı isə cəmiyyətin diqqət mərkəzindədir. General Kirillovun ölümü Rusiya cəmiyyətində ciddi rezonans doğurub və bu hadisə ilə əlaqədar yeni detalların yaxın vaxtlarda ortaya çıxacağı gözlənilir. 

 

Musavat.com

Избранный
16
50
musavat.com

10Источники