Goranboy rayonunda polis mayorunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, hərəkətdə olan "KİA" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində iki nəfər - polis mayoru Ceyhun Axundov və dostu Zəfər Cəfərov ölüb. C.Axundovun Dövlət Yol Polisində müstəntiq işlədiyi bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.