Ukrayna-Rusiya müharibəsi zonasında daha bir azərbaycanlı həlak olub.
Ukrayna ordusu sıralarında döyüşlərdə iştirak edən azərbaycanlı zabit Anar Talıbov Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.
A.Talıbov əslən Ağdam rayonundan olub və Ukrayna vətəndaşı imiş.
Ukrayna-Rusiya müharibəsində hər iki tərəfdən döyüşən onlarla azərbaycanlı həlak olub.