RU

Ermənistan Azərbaycana bu təklifi GÖNDƏRİB 

Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

 

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - o deyib.

Избранный
14
22
modern.az

10Источники