RU

Cozef Bayden İtaliyaya səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden yanvarın 9-12-də Romaya səfər edəcək, İtaliyanın baş naziri Ciorcia Meloni, həmçinin Roma Papası Fransisklə görüşəcək. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı açıqlamasında bildirilir.

“Bayden Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirmək üçün 9-12 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya gedəcək”, - sənəddə qeyd olunur.

"Prezident Bayden yanvarın 10-da Roma Papası ilə görüşərək dünya sülhünün təşviqi səylərini müzakirə edəcək", - Jan-Pyer deyib.

Bayden ABŞ-İtaliya münasibətlərinin gücünü vurğulamaq və Baş nazirə minnətdarlığını bildirmək üçün İtaliya rəhbərliyi ilə də görüşəcək.

Избранный
9
8
sia.az

10Источники