RU

“Ballı”nın sahibini öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında

“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürməyi planlaşdırmaqda ittiham edilən Tahir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Hüseynov iş adamı Elman Əsədovu öldürməyi planlaşdırmaq və digər ittihamlarla təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin fevralında Suraxanı rayonu ərazisində qeydə alınıb.

 

İttihamda deyilir ki, T.Hüseynov marketlər şəbəkəsinin sahibini öldürüb əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə odlu silahla onun yaşadığı Əmircan qəsəbəsinə gəlib. O, hasardan daxil olub evin həyətində cinayəti reallaşdırmaq üçün gözləsə də, qarşısını alıblar. Təqsirləndirilən şəxsin qohumları onu tutaraq polisə təhvil veriblər.

 

T.Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci ( quldurlaqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və  digər maddələrlə yekun ittiham elan edilib.

 

Kamal Məmmədov

 

Tarix: 20 Dekabr 2024, 08:57   
Избранный
10
pravda.az

1Источники