RU

Trampın andiçməsindən sonra Ukraynanın başına nə gələcək?.. – 4 mümkün variant

Mütəxəssislər hər hansı mümkün sülh razılaşmasının olduqca qeyri-sabit olacağını deyirlər...
 
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-nə planlaşdırılan inauqurasiya mərasiminə hazırlaşarkən, Ukrayna və Rusiya Federasiyası mümkün danışıqlardan əvvəl daha sərfəli mövqelər tutmağa çalışır.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir kii, "Business Insider" öz proqnozunda Trampın Ağ Evə qayıtmasından sonra Rusiya və Ukrayna arasında münaqişənin inkişafı üçün dörd mümkün ssenari müəyyən edib.
 
Ssenari 1: Atəşkəs və "dondurulmuş xətlər"
 
Müvəqqəti atəşkəs variantı Trampın qayıdışı ilə yenidən aktuallaşıb. "Chatham House"-un Rusiya və Avrasiya Proqramının əməkdaşı Con Lof hesab edir ki, Ukrayna Qərb ölkələrindən “möhkəm təhlükəsizlik zəmanəti” alacağına ümid edərək, bütün işğal olunmuş əraziləri qaytarmaq kimi maksimalist mövqeyindən əl çəkə bilər.
 
Analitiklər qeyd edirlər ki, istənilən mümkün sülh sazişi olduqca qeyri-sabit olacaq. Rusiya artıq 2014-cü ildə Krımı ilhaq edib və 2022-ci ildən Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır. Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukraynanın suverenliyini inkar edərək, atəşkəsin yalnız yeni hücuma hazırlıq üçün möhlət ola biləcəyi ilə bağlı qorxuları artırıb.
 
Ssenari 2: Uzunmüddətli müharibə
 
"Əgər Rusiya danışıqlardan imtina edərsə, döyüşlər davam edə bilər. Müharibə Araşdırmaları İnstitutunun("İSW") ekspertləri hesab edirlər ki, Moskva döyüş meydanında qələbəyə inanır və hələlik güzəştə getməyə hazır deyil. Lakin uzun sürən müharibə Rusiyanın resurslarını tükəndirə bilər. Texnika və işçi qüvvəsi itkiləri onu yeni səfərbərlik dalğasını həyata keçirməyə məcbur edəcək.
 
Ssenari 3: Rusiyanın qələbəsi
 
"Baxmayaraq ki, Putinin ilkin planı tez qələbə çalmağı nəzərdə tuturdu, Moskva yenə də Ukraynanın böyük hissələrini işğal etməklə və Kiyevdə hökuməti devirməklə uğur qazana bilərdi. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kançian hesab edir ki, ən pis halda Ukrayna Rusiya tərəfindən ilhaq oluna və ya faktiki olaraq nəzarət altına alına bilən Dneprdən kənarda yerləşən şərq rayonları da daxil olmaqla əhəmiyyətli ərazilərini itirəcək.
 
Ssenari 4: Ukraynanın qələbəsi
 
Çətinliklərə baxmayaraq, Ukrayna qüvvələri bəzi uğurlara, o cümlədən 2022-ci ildə Xarkovun azad edilməsinə nail olub. Ukraynalı jurnalist Svetlana Morenets qeyd edir ki, müharibə Putin rejiminin "Vaqner" muzdlularının üsyanı və səfərbərliyə etiraz kimi zəif tərəflərini üzə çıxarıb. Lakin Rusiyanın şərqdəki uğurları və Ukraynanın məhdud resursları Kiyevin tam qələbəsini hələlik çətin edir.
 
Ekspertlərin fikrincə, münaqişənin nəticəsi beynəlxalq dəstəkdən, tərəflərin güzəştə getmək istəyindən və döyüş meydanında strateji qərarlardan asılı olacaq.
 
S.Laçın
 
 
Избранный
25
moderator.az

1Источники