RU

Fatih Altaylı haqda həbs qərarı verildi

Türkiyəli tanınmış jurnalist Fatih Altaylı barəsində həbs qərarı çıxarılıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Altaylı “xalqı düşmənçiliyə təhrik etmək və onu alçaltmaq” maddəsi üzrə təqsirli bilinib və ona 2 il 3 ay azadlıqdan məhrum edilmə cəzası təyin olunub.

Həmçinin onun yenidən xaricə çıxışına qadağa qoyulub.

Xatırladaq ki, jurnalist barəsində yanvar ayında sosial şəbəkələrdə etdiyi paylaşımlara görə araşdırma başladılıb. O, bəzi paylaşımlarında “cinayəti və cinayətkarı tərif etmək” və “xalqın bir hissəsini nifrət və düşmənçiliyə təhrik etmək və alçaltmaq” ittihamları ilə şübhəli bilinib.

Hakim qarşısına çıxdıqdan sonra Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb. Lakin avqust ayında bu qadağa ləğv edilib.

Избранный
9
6
konkret.az

7Источники