RU

Nizami Orucov: "Özlərinə yer, rahatlıq tapa bilməyəcəklər ki, Nizami Orucov evləndi, daha da bütünləşdi, gücünə güc qatıldı..."

"Evləndiyim üçün tənqid edilə bilmərəm. Bu, çox absurd yanaşmadır. Heç kim evləndiyi üçün tənqid edilə bilməz. Evlənməmişdən öncə çəkdiyim videoda "Bir qadın mənə nə verə bilər ki?" deyərkən ortalıqda gəzən, heç bir dəyəri olmayan, özünü nəsə zənn edən, obraza girib maskalanmış, kişilərin başına oyun açan qadın kütləsini nəzərdə tuturdum. Yəni belə bir qadın mənə və ya hər hansı bir kişiyə nə verə bilər ki? İndi də həmin fikirdəyəm. Belə qadınlar kişiyə heç nə verə bilməzlər. Mən ailə dəyərlərimizə, milli dəyərlərimizə, yeri gəlsə, bir çox dini dəyərlərimizə sadiq insanam və illərdir, bunu mərhəmətsizcəsinə qoruyuram. Mentalitetimizin sağlam tərəflərinə olan fərqli-fərqli hücumlara qarşı çıxış edirəm. Cəmiyyətimizə sağlam ailə dəyərlərini, köklü, sağlam münasibətləri aşılayıram. Özüm də eyni dəyərləri daşıyan, layiqli bir kişinin və layiqli qadının qızı ilə ailə həyatı qurmuşam Buna görə də burada heç bir təzad, tərəddüd, ziddiyyət görmürəm".

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Nizami Orucov deyib.


 
"Tək, yaxud boşandığım zamanlarda məni nələrləsə "vurmağa" çalışan "tənqidçilər" indi də özlərinə yer, rahatlıq tapa bilməyəcəklər ki, Nizami Orucov evləndi, daha da bütünləşdi, gücünə güc qatıldı. Bununla da bağlı müəyyən çıxışlarım, layihələrim olacaq ki, Azərbaycan cəmiyyətində insanlar öz xoşbəxtliklərini tapa, layiqli insanlar layiq olduqları münasibəti və ailəni yaşaya bilsinlər", - psixoloq deyib.
 
 
Aytəkin Qardaşova

Tarix: 20 Dekabr 2024, 09:34   
Избранный
4
pravda.az

1Источники