Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) publik hüquqi şəxsi 2025-ci il üzrə avadanlıqların və proqram təminatlarının lisenziyalarının müddətinin yenilənməsi və yeni proqram təminatlarına 354 134 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, bu məqsədlə AZƏRTAC "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC ilə müqavilə bağlamağı planlaşdırır.
Qeyd: Şirkətin qanuni təmsilçisi Nigar Əlimirzə qızı Bayramovadır.
Cabir Həsənov
Tarix: 20 Dekabr 2024, 09:47