RU

Rusiyada hərbi hissənin təcridxanasında yanğın: Hərbçilər faciəli şəkildə həlak oldular

Yakutiyada (Rusiya) hərbi hissəni özbaşına tərk edən hərbçilərin saxlandığı təcridxanada baş verən yanğında beş nəfər həlak olub.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə dekabrın Saxa (Yakutiya) Respublikasının Hərbi Komissarlığı xəbər yayıb.

Bildirilib ki, daha yeddi nəfər tüstüdən zəhərlənib.

"Onlar xəstəxanadadırlar, həkimlər onlara bütün lazımi yardımı göstərirlər. Həlak olan beş nəfərin şəxsiyyəti müəyyənləşdirilir", - deyə məlumatda qeyd edilib.

Yanğının səbəbləri hələ müəyyən edilməyib, hadisənin başvermə şəraiti araşdırılır.

Избранный
21
2
hakimiyyet.az

4Источники