RU

Misli Premyer Liqasında ilin son turuna start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında ilin son turuna start veriləcək.

"Unikal" xəbər verir ki, XVIII turun açılış matçında “Sumqayıt” “Kəpəz”in qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Matçın baş hakimi Kamal Umudlu olacaq.

Hazırda “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 19 xalla 6-cı, aktivində 10 xalı olan Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XVIII turun digər oyunları dekabrın 21-22-də təşkil olunacaq.

Избранный
18
30
unikal.az

10Источники