RU

Rəcəb Tayyib Ərdoğan Məsud Pezeşkianla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) iclasında iştirak etmək üçün Misirin paytaxtı Qahirəyə səfər edib. Burada o, İran prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, R.T.Ərdoğan görüşdə bildirib ki, Türkiyə terrorun kökünün kəsildiyi və qaçqınların könüllü şəkildə qayıtdığı bir Suriya görmək istəyir. O, həmçinin Suriyada sabitliyin təmin olunması və sürətli bərpa-quruculuq işlərinin bütün regional və beynəlxalq aktorların birgə töhfəsi ilə həyata keçirilə biləcəyini vurğulayıb.

R.T.Ərdoğan Qahirədə, həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Görüşdə Türkiyənin Misirlə müdafiə sənayesi, enerji, nəqliyyat və inkişaf sahələrində əməkdaşlığı gücləndirəcəyini və qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin artırılacağını bildirib.

Prezident Suriya xalqının 13 il ərzində çox ciddi çətinliklərlə üzləşdiyini qeyd edərək, Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünün önəmli olduğunu vurğulayıb. Rəcəb Tayyib Ərdoğan Türkiyənin yenidənqurma və daxili barışıq sahələrində dəstəyini davam etdirəcəyini də qeyd edib.

R.T.Ərdoğan görüş zamanı Qəzzada davamlı atəşkəsin tezliklə təmin olunmasının vacibliyini də vurğulayıb. O, Türkiyə ilə Misir arasında həmrəyliyin artırılmasının bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün faydalı olacağını bildirib.



Избранный
2
1
trt.net.tr

2Источники