RU

70 şagirdin zəhərləndiyi məktəbdə dərslər BƏRPA EDİLDİ

Xəbər verdiyimiz kimi, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin  2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Hadisə nəticəsində 70-dən artıq şagird və bəzi müəllimlər tüstüdən zəhərlənib. Onlara rayon xəstəxanasında yardım edilib və hər biri evə buraxılıb.

Hadisə ilə əlaqədar Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Bəs hadisədən sonra məktəbdə dərslər bərpa olunubmu?

Məsələ ilə əlaqədar Modern.az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.

Bildirilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

"Hazırda təhsil sektorunun nümayəndələri də məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə cavabda qeyd olunub.

Избранный
17
2
modern.az

3Источники