RU

İtkin düşmüş şəxsin meyiti transformatorda tapıldı - Yenilənib

İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.

Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.

Onun cərəyan vurmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
15
4
qafqazinfo.az

9Источники