RU

NATO Rusiya ilə müharibəyə hazırlaşır - Qruşko

“NATO Rusiya ilə müharibəyə hazırlaşır, biz isə hərbi planlaşdırma prosesində bu riskləri nəzərə alırıq. Eyni zamanda Qərbə bu cür təcrübəni sınaqdan keçirməməyi tövsiyə edirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

    Onun sözlərinə görə, vəziyyyəti bu dərəcədə gərginləşdirməmək bütün tərəflərin maraqlarına cavab verə bilər:

    “Rusiya mütəmadi olaraq birbaşa toqquşmalardan çəkinməyi nəzərdə tutan siyasi kurs həyata keçirir. Lakin bizə göndərilən siqnallardan aydın olur ki, qarşı tərəf gücümüzü sınamaq niyyətindədir. Okeanın o tayında bizimlə hesablaşırlar. Ümumilikdə deyə bilərəm ki, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bütün bu risklər müdafiə sahəsində görülən tədbirlərin hamısında nəzərə alınır. Hadisələrin istənilən məcrada inkişafından asılı olaraq ölkəmizin təhlükəsizliyi təmin olunacaq”.

    Rusiya XİN müavininin sözlərinə görə, Şimali Atlantika Alyansının müəyyən etdiyi kurs tək ölkəsinə deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturasına təhdid doğurur:

    “Rusiyanın uzunmüddətli perspektivdə Qərb və onun müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid törətdiyi müəyyənləşdirilib. Bu siyasəti yeritməklə NATO bütün sahələrdə üstünlük qazanmağa çalışır, sərhədlərimiz boyunca hərbi mövcudluğunu genişləndirir və təlimlər keçirir. Alyans həmçinin qoşunların sürətli cəmləşdirilməsini təmin etmək üçün logistik infrastrukturu inkişaf etdirir. Regional müdafiə planları da məhz bu səbəbdən qəbul edilib”.

    Избранный
    12
    9
    bakivaxti.az

    10Источники