RU

Əkiz uşaq dünyaya gətirəndən sonra,  xərçəngə TUTULDU

Çarli-Mey Flaerti adlı britaniyalı qadın əkiz uşaq dünyaya gətirdiyi çətin doğuşdan sonra nadir xərçəng xəstəliyinə tutulub.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, xəstəyə diaqnoz 2021-ci ilin payızında, əkiz uşaq dünyaya gətirdikdən həftələr sonra qoyulub.

Qadın doğuşdan az sonra qanaxma və huşunu itirməyə başladığını deyib.

Bundan sonra britaniyalı qadın həkimlərə müraciət edib. Müayinə zamanı onun bədənində ciftin bir hissəsinin qaldığı məlum olub. Qadın əməliyyat olunub.

Həkimlər ona xərçəngin nadir növü olan xoriokarsinoma diaqnozu qoyublar. Bu, bu tip doğuşdan sonra bədəndə qalan xərçəng hüceyrələrindən yaranan nadir xərçəng növüdür.

Xəstə səkkiz ay kimyaterapiyadan keçib. Bundan sonra britaniyalı qadın remissiyaya daxil olub.

Избранный
11
medianews.az

1Источники