RU

Əhali arasında yenə virus yayılıb

Son günlər qripə yoluxanların sayı kəskin artıb.

İnfeksionist Aytən Ziyadova bildirir ki, infulenza virusu ilə əlaqədar müraciətlərin sayı çoxalıb. Hətta mövsümlə əlaqədar olaraq yoluxma hallarının qarşıdakı aylarda daha da artacağı gözlənilir.

Aytən Ziyadova vurğulayıb ki, virusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. Lakin bəzi şəxslərə peyvənd qadağandır. Bununla yanaşı, peyvənd olunacaq şəxslər yaş qrupuna görə dozanı düzgün seçməlidirlər.

İnfeksionist bildirib ki, yumurtanın sarısına qarşı anaflaktik şok keçirən şəxslərə yaş qurupundan asılı olmayaraq peyvənd qadağandır. Eləcə də onkoloji xəstələrə peyvənd əks göstərişli olduğundan, həmin şəxsin ailə üzvlərinin peyvənd olunması kifayətdir.

Избранный
15
5
demokrat.az

6Источники