RU

Parisdə Azərbaycan rəssamlarının iştirakı ilə sərgi keçirilir

Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafı çərçivəsində Parisdə iki ölkənin rəssamlarının əsərlərindən ibarət birgə sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, “Galerie Francis Barlier”də Janinin kuratorluğu ilə “Exposition d'Art Contemporain” sərgisi keçirilib. Sərgidə Azərbaycanı rəssamlar Əsmər Nərimanbəyova, Rövşən Nur, Sahib Əsədli və Leyla Əliyeva təmsil ediblər.

Sərginin açılışında Azərbaycan Respublikasının Fransadakı səfirliyinin konsulu Nərgiz Tağızadə də iştirak edib. Tədbirin əsas məqsədi zəngin Azərbaycan incəsənətinin Fransada təbliği və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Sərgi dekabrın 23-dək davam edəcək.

Избранный
15
2
kulis.az

3Источники