RU

Avropa İttifaqı Ukraynaya əlavə 30 milyard avro yardıma razılaşıb

Avropa

Avropa İttifaqı (Aİ) liderləri 2025-ci ildə Ukraynaya əlavə 30 milyard avro dəstək verməyə razılaşıblar.

Reyting.az
-ın məlumatına görə, Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqı Şurasının yeni sədri Antonio Kosta, AB Şurasının sədri, Macarıstanın baş naziri Viktor Orban və AB Komissiyasının sədri Ursula fon der Leyen mətbuat konfransı keçiriblər.

Rusiyaya qarşı Ukraynaya dəstək verilməsinin Aİ liderləri sammitinin prioritet gündəm maddəsi olduğunu ifadə edən Kosta deyib: “Salondakı ümumi atmosferin güclü bir qətiyyəti əks etdirdiyini deyə bilərəm. Mesajımız çox açıqdır. AB Ukraynaya dəstək verməkdə yekdildir”.

AB-nin 2022-ci ilin fevral ayında başlayan müharibədə indiyə qədər Ukraynaya cəmi 130 milyard avro maliyyə dəstəyi verdiyinə diqqət çəkən Kosta qeyd edib ki, 2025-ci ildə əlavə 30 milyard avro dəstək veriləcək.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sammitdə iştirak edən Ukrayna prezidenti Vladimir Zelenskinin “ABŞ olmadan Avropanın dəstəyi kifayət etməyəcək”, - ifadələrini xatırladıb və “onu Avropanın dəstəyinin kifayət olacağına inandıra biləcəklərini” soruşub: “Əlbəttə ki, biz də ABŞ-nın növbəti administrasiyasının planlarını öyrənməliyik. Bu arada biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Zelenski sammitin girişində verdiyi açıqlamada gələn ilin əvvəlində prezident vəzifəsinin icrasına başlayacaq Donald Trampın administrasiyasından Aİ və ABŞ-ı birləşməyə çağırıb. Onun sözlərinə görə, yalnız bu birlik Rusiyanı dayandıra bilər.

E. KAMAL
Избранный
7
reyting.az

1Источники