RU

TTKF məzunlara bağışlanmış vəsaitin ümumi məbləğini açıqlayıb

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən son 3 ildə təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov media brifinqində deyib.

B.Əzimovun sözlərinə görə, Fondun imkanlarından faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur. Fondun fəaliyyət göstərdiyi müddətdə 23 ailədən ümumilikdə 69 nəfər, 1069 ailədən isə 2318 nəfər tələbə adı qazanaraq Təhsil Tələbə Krediti götürüb.

TTKF-dən yararlanmış 6500-dən çox tələbə məzun olub və kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başlayıb. Sosial TTK almış 173 tələbənin yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) olduğu üçün götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. Bundan əlavə, 400-ə yaxın standart TTK almış məzuna 25%-lik güzəşt tətbiq olunub.

Bu məlumat təhsilin maliyyələşdirilməsi sahəsində TTKF-nin sosial dəstək və təhsil keyfiyyətinin təşviqi məqsədilə gördüyü işlərin önəmini bir daha vurğulayır.

Fuad Mədətov
Fins.az

Избранный
11
fins.az

1Источники