PSJ-nin keçmiş hücumçusu, hazırda "Real"da çıxış edən Kilian Mbappe maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o bildirib ki, Madrid klubundan təklif almasaydı, bütün karyerasını Paris klubunda keçirəcəkdi:
"Dünyanın ən böyük klubuna keçdim. Mən həmişə demişəm ki, bu, PSJ-dən ayrılacağım yeganə klubdur. “Real”a gedə bilməsəydim, ömrümün sonuna qədər PSJ-də qalardım”.
Fransız futbolçu 2024-cü ilin yayında azad agent kimi "Real"a keçib.