RU

Elm və Təhsil Nazirliyi dayanmır – milyonluq tender

Azərbaycan Elm və Təhsil Nazirliyi bir həftə içində eyni şirkətlə ikinci dəfə satınalma müaviləsi imzalayıb. Tribunainfo.az xəbər verir ki, Təsərrüfat Hesablı Əsaslı tikinti və Təhcizat İdarəsi növbəti tenderinə yekun vurub.
Belə ki, maşın və avadanlıqların əsaslı təmiri işlərinin satınalınması prosesini həyata keçirəcək. Bu dəfə də nazirlik “RRM TƏMİR-TİKİNTİ” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri isə 1.721.771,04 manat təşkil edir.
Xatırladaq ki, sözügedən şirkətlə hələ dekabrın 15-də 10.866.100,8 manatlıq satınalma müqaviləsi imzalayıb. Bundan başqa, “RRM TƏMİR-TİKİNTİ” şirkəti buna qədər nazirliyin tabeliyində olan Təhsilin İnkişafi Fondunun keçirdiyi 4 tenderdən ikisinin qalibi olub. Belə ki, MMC bu iki tenderə görə, 6 521 535 manat pul alıb.
Elə bu şirkətin keçən ildə Təhsil Nazirliyi ilə anlaşması pis olmayıb. 2023-cü ilin oktyabrında isə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika ərazisində bir sıra təhsil müəssisələri üzrə yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin satınalınması” tenderini də “RRM Təmir Tikinti” MMC-yə verib. Bu zaman isə nazirlik MMC –yə 1 428 909 manat ödəyib. Bundan başqa, ötən il ölkə məktəblərində bir sıra avadanlıqların alınması üçün “RRM Təmir Tikinti” ilə Təhsil Nazirliyi arasında 497679 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Tribunainfo.az bildirir ki, “RRM Təmir-Tikinti” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Hümmətov Zahid oğludur. Hüquqi ünvanı Z1122, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov, ev 2B, m. 61 ünvanında yerləşir.

Избранный
24
1
tribunainfo.az

2Источники