RU

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun mətni dəyişdirildi

Yazını böyüt
Yazını kiçilt

 “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı bir sıra məsələləri qaldırılıb. Bu məsələlərdən biri bilavasitə qanun layihəsinin mətni və stilistik xarakterli düzəlişi ehtiva edib”.

Hafta.az xəbər verir ki, bunu deputat Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihənin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

“Layihədə “enerji resurslarının satış məbləğində fonda ayrılması nəzərdə tutulan vəsait” ifadəsinin dəqiqləşdirilməsi diqqətimizdə olmuş və tərəfimizdən həmin ifadənin yeni variantda verilməsi ilə bağlı qanunvericilik təşəbbüsü subyektinə müraciət edilmiş və razılaşdırılmışdır. Beləliklə, artıq qanunun mətnində dəyişdirilməsi təklif olunan “enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)” ifadəsinin “enerji resurslarının satışından bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait” ifadəsi ilə əvəz edilməsi həllini tapır. Bununla da həm fikrin daha aydın ifadə olunması təmin olunur, eyni zamanda isə “fonda köçürülən vəsait”in miqdarının hansı normativ sənədlə müəyyən olunmasına aydınlıq gətirilir”.

Избранный
8
2
hafta.az

3Источники