RU

Eşqi Bağırov: Hazırda əsas hədəfimiz uşaqların azı 1 il məktəbəqədər təhsilə cəlb olunmasını təmin etməkdir

“Hazırda əsas hədəfimiz məktəbəqədər yaşlı uşaqların heç olmasa 1 ilinin bu təhsil xidmətlərindən yararlanmasına nail olmaqdır”. 

TƏHSİL.BİZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 

Onun sözlərinə görə, özəl tərəfdaşların da bu sahəyə cəlbi olduqca vacibdir.

Agentlik direktoru əlavə edib ki, icma əsaslı məktəbəqədər təhsilin inkişafı ilə hədəfləri çərçivəsində 20 minə yaxın uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb edilib. 

O, 2017-ci ildən ölkədə məktəbəhazırlıq qruplarının da fəaliyyət göstərdiyini xatırladıb.

Избранный
15
tehsil.biz

1Источники