Türkiyə, Rusiyadan tədarük etdiyi qazın ödənişini “Qazprombank” vasitəsilə həyata keçirmək üçün ABŞ-dən sanksiya istisnası əldə edib.
İndex.az xəbər verir ki, bu barədə NTV telekanalı Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu məsələ daha əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri zamanı müzakirə edilib.