RU

Ucarda yıxılaraq xəsarət alan 65 yaşlı qadın ölüb

Ucarda qadın bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Oğuz küçəsində baş verib. Evdə tək yaşayan rayon sakini, 1959-cu il təvəllüdlü Gülarəxanım Abbas qızı Quliyeva yatağından yıxılaraq ağır xəsarət alıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Yaxınlarının dediyinə görə, o, yüksək təzyiqdən əziyyət çəkirmiş.

Избранный
11
apa.az

1Источники