RU

Tramp Avropa İttifaqını da HƏDƏLƏDİ: “Tariflər yoldadır!”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqı ilə xarici ticarətdə yaranan kəsirlə bağlı avropalıları təhdid edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ ilə Avropa İttifaqı arasında olan mal ticarətindəki kəsirin bağlanmasının vacib olduğiunu bildirib.

 

Onun fikrincə, bunun üçün Avropa İttifaqı ABŞ-dən neft və qaz alışını artırmalıdır. Tramp bəyan edib ki, əks halda, ABŞ Avropa İttifaqına da tariflər tətbiq edəcək:

 

“Mən Avropa İttifaqına dedim ki, onlar bizim neft və qazımızı kütləvi şəkildə almaqla ABŞ ilə olan böyük kəsirlərini bağlamalıdırlar. Əks halda tariflər yoldadır!!!”.

 

Qeyd edək ki, 2023-cü ilin nəticələrinə əsasən, Avropa İttifaqı ilə ABŞ arasında mal dövriyyəsi 849 milyard avro (təxminən 925 milyard dollar) olub. Bu qədər ticarətin 502,3 milyard avrosu (548 milyard dollar) Avropa İttifaqından ABŞ-yə ixrac, 346,5 milyard avrosu (378 milyard dollar) ABŞ-dən Avropa İttifaqına ixrac təşkil edib.

 

Ötən il tərəflərin xarici ticarətində Avropa İttifaqının xeyrinə 170 milyard dollar profisit yaranıb. Tramp bu fərqi qaz və neft satışı ilə azaldılmasını tələb edir.

 

Xatırladaq ki, ABŞ xarici ticarətdə bəzi ölkələrə qarşı yüksək tariflərdən istifadə edir və bu tariflər hesabına xarici ticarət kəsirini azalda bilib.

 

Vasif

Sfera.az

 

Избранный
10
sfera.az

1Источники