RU

Rusiyada vəzifəsindən sui-istifadə edən baş direktor saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kursk vilayətinin İnkişaf Korporasiyasının baş direktoru Vladimir Lukini saxlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Lukin regional sərhəd zonasında istehkamların tikintisi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinib. Nəticədə buna büdcədən 173 milyon rubldan çox vəsait xərclənib ki, bu da əsassız israfa çevrilib.

Lukinə qarşı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyi istintaq zamanı baş direktorun həbs edilməsini məhkəmədən xahiş edəcək.

Ağarza Elçinoğlu 

Избранный
29
27
unikal.az

10Источники